×
A
A
A
Sazlamalar

Türkiyə Superkuboku: “Qalatasaray” – “Fənərbağça” matçı baş tutmayıb

Bakı, 7 aprel, AZƏRTAC

Türkiyə Superkubokunun finalında “Qalatasaray” – “Fənərbağça” matçı baş tutmayıb.
AZƏRTAC xəbər verir ki, “Fənərbağça” oyunu yarımçıq tərk edib.
Türkiyə Futbol Federasiyasının qərarları ilə razılaşmayan “Fənərbağça” oyuna U-19 komandası ilə çıxıb. Birinci dəqiqədə “Qalatasaray” hesabı açdıqdan sonra “sarı lacivərdlilər” meydanı tərk ediblər.
Qeyd edək ki, federasiya oyunun nəticəsi ilə bağlı qərar verəcək.

İdman 2024-04-07 22:59:00