×
A
A
A
Sazlamalar

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Bakı, 9 may, AZƏRTAC

Qızıl Avropa Liqasına hazırlıqları davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyaya yola düşüb.
AZƏRTAC xəbər verir ki, yığma təlim-məşq toplanışının növbəti mərhələsini Maribor şəhərində keçəcək.
Komanda səfərə baş məşqçi Faiq Qarayevin rəhbərliyi altında yekun heyətlə yollanıb. Yığma Mariborda bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq. Daha sonra voleybolçular Sloveniyadan birbaşa Xorvatiyaya gedəcəklər. Millimizin Qızıl Avropa Liqasında ilk oyunu mayın 17-də məhz meydan sahiblərinə qarşı olacaq.
Qeyd edək ki, yeni formatda keçiriləcək yarış üç turdan ibarətdir. Komandamızın oyunlarının ilk turu (17-19 may) Xorvatiyada, ikinci turu (24-26 may) Rumıniyada, üçüncü turu isə (31 may-2 iyun) Azərbaycanda təşkil olunacaq.
Qızıl Avropa Liqası
I tur (Xorvatiya)
17.05.2024 / 19:00 Azərbaycan – Xorvatiya
18.05.2024 / 15:00 Slovakiya – Azərbaycan
19.05.2024 / 19:00 Xorvatiya – Slovakiya
II tur (Rumıniya)
24.05.2024 / 17:00 Azərbaycan – Rumıniya
25.05.2024 / 17:00 İsveç – Azərbaycan
26.05.2024 / 17:00 Rumıniya – İsveç
III tur (Azərbaycan, GİN-nin Voleybol Mərkəzi)
31.05.2024 / 18:00 Estoniya – Azərbaycan
01.06.2024 / 18:00 Avstriya – Estoniya
02.06.2024 / 17:00 Azərbaycan – Avstriya

İdman 2024-05-09 11:59:00