Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək
Bakı, 9 may, AZƏRTAC
İkinci ildir ki, Bakı kənd və qəsəbələri arasında minifutbol turniri keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Bakı kənd və qəsəbələri arasında keçirilən II minifutbol turniri barədə jurnalistlərə müsahibəsində söyləyib. O, bu cür turnirlərin keçirilməsinin uşaq futboluna böyük töhfə verəcəyini bildirib: “Bizə dəstək olan Bakı Abadlıq Xidmətinə təşəkkürümü bildirirəm. Onlar daha əvvəl cüdo yarışlarında da bizimlə birlikdə olublar. Bu cür yarışların çox olması üçün əlimizdən gələni edəcəyik. Artıq ötən il 15 yaşadək uşaqlar arasında iki beynəlxalq turnir baş tutub.
Buradan çıxan uşaqlar gələcəkdə Azərbaycan millisinə əsas namizəd olacaqlar”.
F. Qayıbov bir sıra sosial layihələri təşkil edəcəklərini də diqqətə çatdırıb: “İldən-ilə müxtəlif idman növlərinə aid layihələrimizin sayı artır. Bildiyiniz kimi, Gənclər və İdman Nazirliyinin “Sağlam həyat” adlı layihəsi də var. Buradan bütün idman federasiyasına təşəkkür edirəm. Ümumiyyətlə, idmanda kütləviliyin artırılması üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, 4 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandalarının mübarizə apardığı yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilir.
İspaniya La Liqası: “Barselona” qalib gəlib, “Real Madrid” xal itirib
"Fənərbağça" səfərdə "Qalatasaray"ı məğlub edib
Azərbaycan Basketbol Liqası: "Sabah" final seriyasının ikinci oyununda "Xəzri"yə qalib gəlib
"Mançester Siti" İngiltərə çempionu olub
Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi ikinci dəfə məğlub olub