×
A
A
A
Sazlamalar

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Bakı, 9 may, AZƏRTAC

Bu cür turnirin təşkil olunması möhtəşəm addımdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində veteran futbolçu və idman səfiri İlqar Qurbanov Bakının kənd və qəsəbələri arasında ikinci dəfə təşkil olunan minifutbol turnirinin mükafatlandırma mərasimindən sonra deyib. O, yarışların gərgin mübarizə şəraitində keçdiyini bildirib: “Hər şey ideal şəraitdə idi. Uşaqların mübarizəsini gördüyüm zaman öz gəncliyim yadıma düşdü. Sanki yenidən həmin emosiyaları yaşadım. Burada özünü yaxşı tərəfdən göstərən oyunçular Premyer Liqa komandalarının diqqətini çəkəcək. Fürsətdən istifadə edərək, yarışı təşkil edən Gənclər və İdman Nazirliyinə, AFFA-ya və Bakı Abadlıq Xidmətinə təşəkkür edirəm”.
Qeyd edək ki, 4 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlarının mübarizə apardığı yarışın qalibi finalda “Aşağı Güzdək” kollektivinə qalib gələn (7:0) “Günəşli” komandası olub.

İdman 2024-05-09 14:36:00