×
A
A
A
Sazlamalar

Azərbaycanın qadın güləşçiləri lisenziya turnirində mübarizəyə başlayırlar

Bakı, 6 aprel, AZƏRTAC

Bu gün Azərbaycanın qadın güləşçiləri Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirdə mübarizəyə başlayacaqlar.
AZƏRTAC xəbər verir ki, yarışa 1/4 finaldan qoşulacaq Mariya Stadnik (50 kiloqram) rumıniyalı Ana Mariya Pirvu və litvalı Qabija Dilite cütünün qalibi ilə üz-üzə gələcək.
Elnurə Məmmədova (53 kiloqram) ilk mərhələdə şimali makedoniyalı Veronika Ryabolovanı sınağa çəkəcək.
Jalə Əliyeva (57 kiloqram) 1/4 finalda Otelye Hoye (Norveç) – Alina Akobya (Ukrayna) görüşünün güclüsü ilə qarşılaşacaq.
Təsnifat mərhələsindən yarışa başlayacaq Birgül Soltanova (62 kiloqram) fransalı Amelin Duarre ilə, Elis Manolova (68 kiloqram) isə bolqarıstanlı Mimi Xristovla görüşəcək.
Hər çəkidə finala yüksələn idmançılar “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.
Qeyd edək ki, turnirə aprelin 7-də sərbəst güləşçilərin mübarizəsi ilə yekun vurulacaq. İlk gündə mübarizə aparan Azərbaycanın yunan-Roma güləşçiləri lisenziya əldə edə bilməyiblər.

 

İdman 2024-04-06 10:40:00