×
A
A
A
Sazlamalar

İstanbul Formula 1 Türkiyə Qran-Prisinə yenidən ev sahibliyi edə bilər

Ankara, 30 aprel, AZƏRTAC

2026-cı ildə İstanbul Formula 1 yürüşlərinin mərhələsinə yenidən ev sahibliyi edə bilər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib.
Onun sözlərinə görə, Türkiyə meqapolisindəki “İstanbul Park” yürüş trası təşkilatçıların bütün tələblərinə cavab verir.
“Formula 1 mərhələsinin Türkiyədə keçirilməsi ilə bağlı danışıqları sürətli templərlə keçirməyi planlaşdırırıq”, - deyə nazir vurğulayıb.
Sonuncu dəfə Türkiyə Qran-Prisi İstanbulda 2021-ci ilin oktyabrında keçirilib.
“İstanbul Park” trası dünyada ən müasir traslardan biridir, əsas tribuna 25 min yer tutur, ümumi tutum isə 155 min tamaşaçıya çatır.
Türkiyə avtodromu az sayda olan o avtodromlardandır ki, burada yürüşlər saat əqrəbinin əksi istiqamətində aparılır.

 
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

İdman 2024-04-30 13:32:00