×
A
A
A
Sazlamalar

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişdirilib

Bakı, 30 aprel, AZƏRTAC

Azərbaycan Premyer Liqasının XXXIII turunun "Qarabağ" – “Neftçi” oyununun stadionu dəyişdirilib.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, təşkilati məsələlərlə əlaqədar olaraq, görüş “Azersun Arena”da oynanılacaq.
Mayın 4-də oynanılacaq qarşılaşma saat 19:30-da start götürəcək.
Qeyd edək ki, daha əvvəl matçın Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcəyi açıqlanmışdı.

 

İdman 2024-04-30 11:59:00