×
A
A
A
Sazlamalar

“Qarabağ”ın legioneri: Albaniyaya qayıtmağı düşünmürəm

Bakı, 30 aprel, AZƏRTAC

“Qarabağ”ın albaniyalı futbolçusu Redon Cica karyerasını ölkəsində davam etdirəcəyi ilə bağlı iddialara aydınlıq gətirib.
AZƏRTAC Albaniya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı hücumçu vətəninə qayıtmağı düşünmədiyini bildirib.
“Yanvar ayında da bu cür xəbərlər çıxmışdı və mən təkzib etmişdim. Yenə deyirəm ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. “Tirana”da oynayanda meydana çıxıb özümü sübut etmək istəyirdim. İndi isə məqsədim Albaniyada oynamaq deyil”.
Qeyd edək ki, Redon Cica 2023-cü ilin yanvar ayından “Qarabağ”da çıxış edir.

İdman 2024-04-30 12:35:00