Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Technest” təqaüd proqramı üzrə infosessiya keçirilib
Qəbələ, 28 mart, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Qəbələ Rayon İcra Hakimiyyəti və “Start IT” Təlim Mərkəzi nümayəndələrinin iştirakı ilə “Technest” təqaüd proqramı üzrə infosessiya keçirilib.
Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, infosessiyada Agentliyin monitorinq qrupunun rəhbəri İbrahim Qədirov təqdimatla çıxış edib, iştirakçıların suallarını cavablandırıb.
“Start IT” şirkətinin rəhbəri Azər Sanılı və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev təqaüd proqramının növbəti mərhələsində müvəffəqiyyət qazanmış tələbələrə təlimatlar verib, onların beynəlxalq sertifikatlı təlimlərdə iştirak etmək hüququ qazanacaqlarını diqqətə çatdırıblar.
Bu layihə çərçivəsində hazırda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Help Desk” bacarıqlarına yiyələnmək üzrə təlimlər davam edir.
İranda baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub - YENİLƏNİB
Ağdamda eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşların xatirəsi anılıb
Qax Damazlıq İpəkçilik Stansiyasında 4785 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq
Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub
Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib