×
A
A
A
Sazlamalar

Leo Turini “Mersedes” komandasındakı vəziyyətlə bağlı fikirlərini bölüşüb

Bakı, 23 aprel, AZƏRTAC

Formula 1-in 2018-ci il mövsümünün Bakıda keçiriləcək dördüncü mərhələsi və Azərbaycan Qran-Prisi ərəfəsində yarışları işıqlandıran italyan veteran jurnalist, sadiq “Ferrari” azarkeşi Leo Turini “Mersedes” komandasındakı vəziyyətlə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, hibrid texnologiya ustaları iki, maksimum üç Qran-Pridən sonra öz problemlərinin öhdəsindən gələcəklərini söyləyirlər.
AZƏRTAC xəbər verir ki, Leo Turini “Mersedes”in texniki direktoru Ceyms Ellisonun və baş mühəndis Aldo Kostanın hazırlıq işlərini tamamlamaq üçün səylə çalışdıqlarını bildirib.
Lakin Formula 1-də hər hansı situasiyada ideal vəziyyətə can atarkən, mühərrikin imkanlarının hamısından istifadə etməyə tələsməməkdə fayda var. Ola bilər ki, “Ferrari”nin təsnifatın yekunlarına görə, ilk cərgədən müntəzəm start götürə bilməsinin səbəbi də məhz bundadır.
“Mersedes”də vəziyyətə belə aydınlıq gətirə bilərlər: “Bəli, biz azacıq geridə qalırıq, lakin bu, problemlərin həlli və yarışlarla bağlı bizim planımızın bir hissəsi, yanaşma tərzimizdir”.
Sonda Leo Turini deyib: “Əgər bu doğrudursa, o zaman bizim heç bir şansımız yoxdur. Onlar səhv edirlərsə, mənim kimi “Ferrari” pərəstişkarları üçün çox yaxşıdır”.

İdman 2018-04-23 19:40:00