Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib.
AZƏRTAC xəbər verir ki, idmançı lentlərlə hərəkətdə həlledici mərhələdə iştirak hüququ qazanıb. O, yarışın ikinci günündə ümumilikdə 125.850 xal toplayaraq, adını ilk "səkkizliy"ə yazdırıb. Digər gimnastımız Kamilla Seyidzadə isə ümumi təsnifatda (118.450 xal) 23-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Zöhrə Ağamirova ötən gün halqa ilə hərəkətdə də adını finala yazdırıb. Turnirə aprelin 21-də yekun vurulacaq.
Azərbaycan hakimləri bədii gimnastika tarixində ilk dəfə I kateqoriyaya layiq görülüblər
Azərbaycan İdman Akademiyasında federasiya nümayəndələri ilə görüş keçirilib
Lionel Messi karyerası ilə bağlı qərarını verib
“İnter” 11 il sonra A Seriyasında “Parma”nı evdə məğlub edib