Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Bakı, 20 aprel, AZƏRTAC
Qrup hərəkətləri üzrə Azərbaycan komandası Bakıda keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət komanda üç lent və iki topla qrup hərəkətlərində buna nail olublar. Onlar hakimlər tərəfindən 69.050 xalla qiymətləndiriliblər.
Bu proqramda İspaniya komandası birinci, İtaliya komandası isə ikinci yeri tutub.
Qeyd edək ki, yarışda 41 ölkəni təmsil edən 129 idmançı iştirak edir. Turnirə aprelin 21-də yekun vurulacaq.
Avropa Liqası: “Fənərbağça” uduzub, “Ayaks” 5 cavabsız qolla qalib gəlib
Qurban Qurbanov: Zəfər Günündə bütün Azərbaycan bizdən qələbə gözləyirdi
Avropa Liqası: “Qalatasaray” “Tottenhem”ə qalib gəlib, “Roma” Belçika klubu ilə heç-heçə edib
Avropa Liqası: "Qarabağ" əsas mərhələdə ilk qələbəsini qazanıb YENİLƏNİB-6
Avropa Liqası: “Budyo-Qlimt” və “Qarabağ”ın start heyətləri açıqlanıb