Müdafiə Nazirliyi: Cəbhəboyu zonada əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır VİDEO
Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistanda baş verən siyasi proseslərlə əlaqədar bəyanat yayıb.
Müdafiə Nazirliyindən AZƏRTAC-a daxil olan bəyanatda bildirilir: “Ermənistanda hakimiyyəti sona çatmış qanlı və cinayətkar rejimin tərəfdarlarının qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək məqsədilə müxtəlif təxribatlara cəhd göstərəcəkləri istisna edilmir.
Bununla əlaqədar bildiririk ki, bütün cəbhəboyu zonada əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır, bölmələrimiz atəşkəs rejiminə ciddi riayət edir. Gərginliyin artmasının tərəfdarı deyilik və cəbhə xəttində Müdafiə Nazirliyi tərəfindən heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir.
Bəyan edirik ki, qoşunların təmas xəttində düşmənin vəziyyətin kəskinləşməsinə yönələn istənilən təxribatının qarşısı dərhal, qətiyyətlə və sərt şəkildə alınacaq”.
Müdafiə Nazirliyi: Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir VİDEO
Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib VİDEO
Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO
Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO