Müdafiə Nazirliyi: Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir VİDEO
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrinə yeni qəbul olunan gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq çağırışçılarla keçirilən fərdi hazırlıq məşğələlərində onlara nizamnamə və hərbi qanunvericiliyin müvafiq tələbləri, hərbi intizam qaydaları, eləcə də sıra, fiziki və atəş hazırlığı üzrə çalışmaların elementləri öyrədilir.
Bundan başqa, şəxsi heyətin qidalanmasına xüsusi diqqət yetirilir, əsgər yeməkxanalarında sanitar-gigiyenik qaydalara tam riayət olunmaqla yüksək kalorili, keyfiyyətli yeməklər hazırlanır.
Azərbaycanın hərbi qulluqçuları “Anatolian Phoenix-2024” beynəlxalq təlimində iştirak edəcəklər
Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib
Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir
Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO
Müdafiə Nazirliyi: Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO