Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO
Bakı, 18 aprel, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra praktiki uçuşlar yerinə yetirilib.
Ssenariyə uyğun olaraq Su-25ML və Su-25 tipli təyyarələrdən müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra edilib.
Hərbi pilotların döyüş hazırlığının təkmilləşdirilməsi məqsədilə keçirilən təlim-məşq uçuşları zamanı qarşıya qoyulan tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Qazaxıstan nümayəndə heyəti Azərbaycan HHQ-ni ziyarət edib
Azərbaycan və Türkiyənin Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
Müdafiə Nazirliyində dövlət qurumları və QHT nümayəndələri ilə görüş keçirilib
Müdafiə Nazirliyi: Qazaxıstanlı nümayəndə heyəti Komando və XTQ hərbi hissələrində olublar