×
A
A
A
Sazlamalar

Ramana qalası ətrafında ağacəkmə aksiyası aparılıb

Bakı, 23 aprel, AZƏRTAC

1970-ci ildən etibarən hər il aprelin 22-də Beynəlxalq Yer Kürəsi Günü qeyd olunur. 2009-cu ildə isə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi Beynəlxalq Yer Kürəsi Gününün qeyd olunmasını qərar alıb.
Sabunçu Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, həmin gün münasibətilə Ramana qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Ramana qalası ətrafındakı Baba Babazadə küçəsində 100 ədəd sərv, şam və çinar ağacları əkilib.

Ekologiya 2018-04-23 17:51:00