Formula 1 Azərbaycan Qran-Prisi: bukmekerlərin mərci
Bakı, 23 aprel, AZƏRTAC
“William Hill” bukmeker kontoru Formula 1 Azərbaycan Qran-Prisində qələbə ilə əlaqədar mərclərin məzənnəsini dərc edib.
AZƏRTAC xəbər verir ki, əvvəlki üç mərhələdə olduğu kimi, Lyuis Hemilton favorit hesab edilir. Lakin britaniyalı bu il hələ ki, heç bir yürüşdə qalib gəlməyib. Çin Qran-Prisinin qalibi Daniel Rikkardo ilə onun komanda yoldaşı Maks Ferstappenin qələbə şansları eynidir.
Lyuis Hemilton dünya çempionatının hesabında da favoritdir, lakin “Ferrari”nin lideri Sebastyan Fettelin qələbə şansı ondan cüzi azdır. Bukmekerlərin fikrincə, yerdə qalan yürüşçülərin perspektivləri iki liderlə müqayisədə böyük deyil.
Çin Qran-Prisindən sonra “Mersedes” Konstruktorlar Kubokuna başçılıq edib – Almaniyanın avtomobil konserninin komandası bukmekerlərin də favoritidir.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir