×
A
A
A
Sazlamalar

Azərbaycanlı alimlərə beynəlxalq konqresdə uğurlu çıxışlarına görə sertifikatlar verilib

Bakı, 23 aprel, AZƏRTAC

Türkiyənin İstanbul şəhərində “Təhsildə və sosial elmlərdə yeni üfüqlər (İCES – 2018)” mövzusunda keçirilən birinci beynəlxalq konqresdə Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Sevinc Qocayeva və Azərbaycan dilçiliyi kafedrasının dosenti Reyhan Həbiblinin məruzələri dinlənilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, müxtəlif ölkələrdən təhsil və sosial elmlər üzrə mütəxəssislərin, tədqiqatçıların qatıldıqları konqresdə sosial elmlər sahəsindəki problemlər, onların həlli yolları, təhsildə inkişaf perspektivləri müzakirə olunub.
Tədbirdə azərbaycanlı alimlərə uğurlu çıxışlarına görə sertifikatlar təqdim edilib.

Elm və təhsil 2018-04-23 17:15:00