IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 20-də IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib. Bakı Dövlət Universitetində (BDU) və Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzində keçirilən müsabiqədə olimpiadanın respublika turunu keçən 100-ə yaxın şagird iştirak edib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verib. Olimpiadanın təşkilatçıları BDU, Təhsil İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomiya Cəmiyyəti” İctimai Birliyidir.
Final mərhələsinin qalibləri bu il avqustun 17-dən 26-dək Braziliyada keçiriləcək XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar. Seçmə imtahanından uğurla keçən komanda ölkəmizi beynəlxalq olimpiadada təmsil edəcək.
Qaliblər Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Təhsil İnstitutunun dəstəyi ilə iştirak edir. IV Azərbaycan Astronomiya Olimpiadası və XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə keçirilir.
Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib
Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir
Təhsil İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib
AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub
Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib