“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır
Bakı, 20 aprel, AZƏRTAC
“Rəqəmsal bacarıqlar” layihəsinin şagirdləri və “Code for future” layihəsinin tələbələri üçün “IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sessiyada “Code for future” layihəsinin məzunları “Rəqəmsal bacarıqlar” təmayüllü 10 və 11-ci sinif şagirdləri ilə öz təcrübələrini paylaşacaqlar.
Sessiyanın keçirilməsində məqsəd IT sahəsi üzrə təhsil alan və proqramlaşdırma təcrübəsinə malik tələbələrlə şagirdlərin ünsiyyətini təşkil etmək, eyni zamanda, onların ortaq bir layihə üzərində işləmələrinə şərait yaratmaqdır.
Qeydiyyatdan keçmək istəyənlər linkə daxil ola bilərlər.
Sessiyanın aktiv iştirakçılarına sertifikat və hədiyyələr təqdim ediləcək.
Bu gündən birinci siniflərə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlanır
BANM ilə Daşkənd Kimya Texnologiya İnstitutu arasında əməkdaşlıq imkanları genişlənir
“Mahşərəf Məsturənin poeziyası” kitabı çapdan çıxıb
Mədəniyyət istiqamətində bir sıra məktəb və mərkəzlərə işə qəbul üzrə müsabiqə elan edilib