×
A
A
A
Sazlamalar

Misirli alim Qubada təcrübə keçən tələbələrə mühazirə oxuyacaq

Bakı, 23 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) coğrafiya, ekologiya və torpaqşünaslıq fakültələri tələbələrinin istehsalat təcrübəsi başlayıb.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, istehsalat təcrübəsi universitetin Quba tədris-təcrübə və istirahət mərkəzində aparılır. Təcrübəyə cəlb edilən gənclərdən 151-i ekologiya və torpaqşünaslıq, 100-ü isə coğrafiya fakültəsinin tələbəsidir.
Misir Ərəb Respublikasının Ayn-Şəms Universitetinin professoru, ekoloji kimya üzrə mütəxəssis Haşem Elkassas Qubada tələbələrə mühazirə oxumaq üçün mərkəzdədir.

Elm və təhsil 2018-04-23 17:08:00