×
A
A
A
Sazlamalar

Bakı Metrosunun iki stansiya və iki deposunda tikinti işləri aparılır

Bakı, 23 aprel, Elvin Camalov, AZƏRTAC

Bakı Metrosunun 2 stansiya və 2 deposunda tikinti işləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda bir neçə istiqamətdə metro stansiyaların tikintisi davam etdirilir. "Bənövşəyi xətt"in üçüncü stansiyasında (şərti adı B3) tikinti işləri sürətləndirilib. Bundan əlavə Xocasən istiqamətində "Bənövşəyi xətt"in elektrik deposu mövcuddur ki, orada da tikinti işləri davam etdirilir.
N.Paşayevin sözlərinə görə, hazırda "Həzi Aslanov-2" stansiyasında və "Dərnəgül" elektrik deposunda da tikinti işləri həyata keçirilir.

Nəqliyyat 2018-04-23 15:36:00