×
A
A
A
Sazlamalar

TRACECA: Niderland kompaniyalarının iştirakı ilə Azərbaycanda həyata keçirilən layihələr müzakirə edilib

Bakı, 26 avqust, AZƏRTAC

TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Aset Asavbayev ilə Niderland Krallığının Azərbaycan Respublikasındakı səfiri Paulin Eizema arasında görüş olub.
AZƏRTAC TRACECA-nın məlumatına istinadla xəbər verir ki, görüş əsnasında TRACECA çərçivəsində həyata keçirilən cari təşəbbüslər və Niderland kompaniyalarının bu beynəlxalq nəqliyyat dəhlizinin inkişafında iştirakı imkanları müzakirə olunub.
Paulin Eizema qeyd edib ki, TRACECA beynəlxalq nəqliyyat dəhlizi özünün multimodallığı və sərhədlərin çoxluğu ilə fərqlənir ki, bu da Avropa ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin təmin edilməsi üçün zəruri amildir.
Aset Asavbayev miltimodal yükdaşımalarının həcminin genişlənməsi istiqamətində görülən işləri qeyd edib və səfirə Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin konteynerlərin təşkili, dəhlizin rəqəmsallaşması, o cümlədən elektron nəqliyyat sənədlərinin tətbiqi, sərhədlərdən keçmə prosedurunun yaxşılaşdırılması, rəqabətqabiliyyətli tariflərin və güzəştli şərtlərin müəyyən edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və s. üzrə fəaliyyəti haqqında məlumat verib.
Müzakirələr zamanı, həmçinin Avropa-Qafqaz-Asiya regionları üçün strateji əhəmiyyətə mailik olan inteqrasiya prosesləri ətrafında fikir mübadiləsi aparılıb. Baş katib Aset Asavbayev qeyd edib: “Yük axınının istiqamətinin dəyişməsini nəzərə alaraq, TRACECA ölkələri bu beynəlxalq nəqliyyat dəhlizinin buraxılış qabiliyyətinin artırılması üzrə fəal tədbirlər görür və bu prosesdə Avropa İttifaqı ölkələri tərəfindən də diqqət və dəstəyə ehtiyac var”.
Görüşün yekununda Niderlandın səfiri cari fəaliyyət və ölkələrdə təşəbbüslərin həyata keçirilməsi üzrə statusla detallı şəkildə tanış olduqdan sonra əməkdaşlığa hazır olduqlarını bildirib.
Baş katib, öz növbəsində, TRACECA-nın təşəbbüslərinin reallaşmasında və dəhlizdən yükdaşımalarının artırılmasında Niderland Krallığının dəstəyinə ümid etdiyini söyləyib.

 

Nəqliyyat 2023-08-26 11:29:00