×
A
A
A
Sazlamalar

ASCO üzrə bu ilin II rübündə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb

Bakı, 28 avqust, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqətdə saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün zəruri qabaqlayıcı tədbirlər görülür.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, bu ilin aprel-iyun aylarının nəticələrinə görə, quruma aid gəmilərdən 25,442 m³ plastmas, 225,142 m³ qida qalığı, 243,044 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 31,890 m³ istismar tullantısı, 91,4 m³ neft qalığı-şlam, 876,1 m³ döşəməaltı lyal sular, 24057,48 m³ məişət təsərrüfat çirkab su bağlanmış müqavilələr əsasında təcrübəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb.
Bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 14,2 ton yanmış qəlib qumu, 636,36 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 17937,8 ton məişət çirkab suyu, 310,25 ton neftli döşəməaltı-lyal su, 53,445 ton sürtkü yağı, 1227,79 m³ məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s), 175,38 m³ qida qalığı, 76,25 m³ polimer əsaslı və plastmas tullantı, 26,8 m³ yağlı və neftli tullantı, 50,12 m³ rezin tullantı, 7 ədəd akkumulyator və halvanik element, 99,65 m³ istismar tullantı, 0,139 m³ tibbi tullantı aidiyyəti üzrə təhvil verilib.
2-ci rübdə ümumilikdə 0,805 ton kağız, 0,105 ton plastmas, 337,173 ton qara metal, 0,624 ton əlvan metal isə təkrar emala göndərilib.

Nəqliyyat 2023-08-28 11:36:00