×
A
A
A
Sazlamalar

Azərbaycan qılıncoynadanı “Satellite” turnirində altıncı yeri tutub

Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan qılıncoynadanı Kənan Əliyev fevralın 24-də İsrailin Aşkelon şəhərində keçirilən “Satellite” turnirində iştirak edib.
AZƏRTAC xəbər verir ki, qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-də qalib gələn K.Əliyev uğurlu çıxışını sonrakı mərhələlərdə də davam etdirib. Qılıncoynatmanın şpaqa növündə yarışan idmançımız 1/16 və 1/8 final mərhələlərində israilli rəqiblərinə qalib gələrək ən güclü səkkizliyə yüksəlib. Bu mərhələdə də şpaqaçımızın rəqibi İsrail təmsilçisi olub. K.Əliyev 1/4 finalda Lev Averbuça məğlub olaraq turniri 6-cı yerdə başa vurub.
Qeyd edək ki, yarışda 6 ölkədən 47 şpaqaçı mübarizə aparıb.

İdman 2018-02-25 03:12:00