×
A
A
A
Sazlamalar

“Neftçi”-“Zirə” matçında heç-heçə qeydə alınıb

Bakı, 24 fevral, AZƏRTAC

Fevralın 24-də futbol üzrə Topaz Premyer Liqasının XVI turunda “Neftçi” klubu doğma meydanda “Zirə”ni qəbul edib.
AZƏRTAC xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunda hesabı meydan sahibləri açıblar. Matçın 22-ci dəqiqəsində İqnasio Hererra “Neftçi”ni hesabda önə çıxarıb – 1:0. Bu qoldan səkkiz dəqiqə sonra Komal Uiliams oyunda hesabı bərabərləşdirib – 1:1.
Birinci hissə bu hesabla başa çatıb.
Qarşılaşmanın 76-cı dəqiqəsində “Zirə”nin heyətində İlkin Muradov qırmızı vərəqə ilə cəzalandırılaraq komandasını meydanda sayca azlıqda qoyub. Komandaların cəhdlərinə baxmayaraq, qarşılaşmanın sonunadək hesab dəyişməyib və oyun heç-heçə başa çatıb.
Bu görüşdən sonra “Neftçi” 20 xalla beşinci yerdəki mövqeyini qoruyub. “Zirə” klubu isə 32 xalla turu üçüncü pillədə başa vurub.
XVII tura fevralın 25-də keçiriləcək “Keşlə”-“Sumqayıt” və “Qarabağ”-“Kəpəz” görüşləri ilə yekun vurulacaq.

İdman 2018-02-24 20:08:00