×
A
A
A
Sazlamalar

Bakıdan Sumqayıt, Yalama və Şirvana gedən qatarların adi iş qrafiki bərpa edilib

Bakı, 23 fevral, AZƏRTAC

Bakı-Sumqayıt, Yalama-Bakı və Şirvan-Bakı elektrik qatarlarının adi iş qrafiki bərpa olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, fevralın 23-dən etibarən Bakı-yük-Keşlə mənzilinin cüt yolunda aparılan təmir işlərinin başa çatması ilə əlaqədar olaraq, Bakı-Sumqayıt-Bakı, 612 nömrəli Yalama-Bakı, 6703 nömrəli Şirvan-Bakı elektrik qatarları 2017-ci il dekabrın 10-da təsdiq olunmuş cədvəl ilə hərəkət edirlər.

Nəqliyyat 2018-02-23 18:56:00