×
A
A
A
Sazlamalar

“Caspian European Club”un nəqliyyat komitəsinin iclası keçirilib

Bakı, 22 fevral, AZƏRTAC
Bakıda "Caspian European Club"un tərkibinə daxil olan nəqliyyat komitəsinin iclası təşkil olunub.
"Caspian European Club"dan AZƏRTAC-a bildiriblər ki, turizm komitəsinin rəhbəri Rəşad Abasovun sədrliyi ilə keçirilən toplantıda nəqliyyat şirkətlərinin başçıları və nümayəndələri üzləşdikləri problemləri və onların həlli yollarını müzakirə ediblər. İrəli sürülən təkliflər "Caspian European Club"un hüquq komitəsi tərəfindən öyrənildikdən sonra müvafiq dövlət qurumuna göndəriləcək.
Müzakirələrin yekunu olaraq, dövlət qurumları ilə işçi qrup çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, "Caspian European Club"un sədri İlham Əliyevə təqdim etmək üçün xüsusi hesabat və təkliflər paketi hazırlanacaq.
"Caspian European Club" Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və "Caspian Energy International Media Group"un iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb. "Caspian European Club" yarandığı ilk gündən neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə kömək edir. Sıralarında 5 mindən çox şirkət və təşkilatı birləşdirən "Caspian European Club" dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.
"Caspian European Club" iki il ərzində "Caspian American Club" (2016-cı il dekabrın 24-də yaranıb) və "Caspian Asian Club"u (2018-ci il yanvarın 26-da yaranıb) idarə edəcək.

Nəqliyyat 2018-02-22 11:52:00