×
A
A
A
Sazlamalar

Müdafiə naziri Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan mərasimdə iştirak edəcək

Bakı, 20 fevral, AZƏRTAC 

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarus Respublikasının müdafiə naziri, general-leytenant Andrey Ravkovun dəvəti ilə fevralın 22-də Minskə yola düşəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak, eləcə də bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi planlaşdırılır. Azərbaycanın müdafiə nazirinin Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət etməsi də nəzərdə tutulub.

 

Ordu 2018-02-20 13:13:00