Azərbaycan II Dünya Turizm və Mədəniyyət Konfransında təmsil olunacaq
Bakı, 21 noyabr, AZƏRTAC
Dekabrın 11-12-də Omanın paytaxtı Məsqət şəhərində II Dünya Turizm və Mədəniyyət Konfransı keçiriləcək.
AZƏRTAC Dünya Turizm Təşkilatının saytına istinadla xəbər verir ki, konfransda Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov təmsil edəcək.
Konfrans turizm və mədəniyyət sektorları arasında tərəfdaşlıq münasibətlərinin inkişafına, 2030-cu ilədək Dayanıqlı İnkişafın Məqsədlərinə çatmaqda bu sahələrin roluna həsr olunacaq. Tədbir mədəniyyət və turizm nazirliklərindən, müvafiq sektorlar üzrə milli, regional və yerli hakimiyyət orqanlarından, akademik müəssisələr və özəl sektordan 500-dək nümayəndəni bir araya gətirəcək.
Roma tətilləri: şopinq xüsusiyyətləri
Göllər diyarının cazibədarlığı
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib