×
A
A
A
Sazlamalar

Azərbaycan pəhləvanları “Day of children” beynəlxalq turnirində mübarizə aparacaqlar

Bakı, 20 noyabr, AZƏRTAC 

Tehranda kiçik yaşlı yeniyetmə güləşçilər arasında “Day of children” beynəlxalq turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, noyabrın 21-dən 25-dək davam edəcək komanda xarakterli turnirdə sərbəst və yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmələrdən ibarət yığma komandalarımız iştirak edəcəklər.
Məşqçilər Namiq Quliyev və Mehman Nəcəfovun rəhbərliyi altında mübarizə aparacaq sərbəst güləş yığmamızın heyətində Rəşad Ağayev (32 kq), Murad Məmmədzadə (35 kq), Heydər Nuriyev (38 kq), Fəqan Mirzəyev (42 kq), Ruslan Şıxıyev (47 kq), Məhəmmədəli Quliyev (53 kq), Sabir Cəfərov (59 kq), Varis Mehdizadə (66 kq), Valeh Həmidov (73 kq) və Cəfərsadiq Muradlı (85 kq) yer alıblar.
Noyabrın 24-25-də məşqçilər İslam Cəfərov və Fuad Əliyevin rəhbərliyi altında yunan-Roma güləşçilərimiz Rahim Həsənov (32 kq), Emil Əliyev (35 kq), Rəşad Həsənli (38 kq), Cavidan Məmmədli (42 kq), Qurban Qurbanov (47 kq), Elmir Əliyev (53 kq), Əli Əliyev (59 kq), Rauf Əliyev (66 kq), Eldar Məmmədov (73 kq) və Laçın Vəliyev (85 kq) mübarizəyə qoşulacaqlar.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Xəzər Allahverdiyev təmsil edəcək.

İdman 2017-11-20 17:14:00