×
A
A
A
Sazlamalar

Azərbaycanın U-16 millisi beynəlxalq turnirə qələbə ilə başlayıb

Bakı, 20 noyabr, AZƏRTAC

On altı yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyədə təşkil olunan beynəlxalq turnirdə bu gün ilk oyununu keçirib.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, Albaniya komandası ilə qarşılaşan yığmamız Bəxtiyar Tanriverdiyevin vurduğu qol sayəsində 1:0 hesabı ilə qələbə qazanıb.
Futbolçularımız turnirdə növbəti oyununu noyabrın 21-də Kosovo komandasına qarşı keçirəcəklər.

İdman 2017-11-20 14:45:00