×
A
A
A
Sazlamalar

Azərbaycan millisi Gürcüstan yığmasına minimal hesabla qalib gəlib

Bakı, 20 noyabr, AZƏRTAC

Tbilisidə təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması gürcüstanlı həmyaşıdları ilə növbəti yoldaşlıq oyunu keçirib.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, oyun millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın qolunu Umnisə Əliyeva vurub.
Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyun 2:2 hesabı ilə başa çatıb.

 

İdman 2017-11-20 10:27:00