×
A
A
A
Sazlamalar

Avropa İttifaqına üzv ölkələrdən olan tədqiqatçılar arasında elmi əməkdaşlıq genişlənir

Bakı, 20 oktyabr, AZƏRTAC

Avstriyanın paytaxtı Vyanada “Tədqiqat və innovasiya siyasəti” mövzusunda seminar keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının (AMEA YTP) direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev təmsil edib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbir Avropa İttifaqının Tədqiqat və Texnoloji İnkişaf üzrə 8-ci Çərçivə Proqramı – "Horizon-2020" tərəfindən maliyyələşən “Şərq Tərəfdaşlığı PLUS” layihəsi üzrə təşkil olunub.
Seminarın keçirilməsinin əsas məqsədi layihə çərçivəsində Elm, Texnologiya və İnnovasiya üzrə Beynəlxalq Əməkdaşlıq Şəbəkəsini genişləndirmək, “Şərq Tərəfdaşlığı” ölkələrindən və Avropa İttifaqına üzv ölkələrdən olan tədqiqatçılar arasında əməkdaşlığı təşviq etməkdir.
Tədbirdə “İnnovasiya və yeni texnoloji biliklər”, “Elm, texnologiya və innovasiya siyasətinin nəzəri əsasları”, “İnnovasiyaya dəstək alətləri və proqramları” və s. mövzularda məruzələr dinlənilib.

Elm və təhsil 2017-10-20 18:50:00