×
A
A
A
Sazlamalar

“Bavariya”nın sabiq hücumçusu Xorvatiya millisinin məşqçilər korpusunda yer alıb

Bakı, 20 oktyabr, AZƏRTAC

“Bavariya”nın sabiq hücumçusu İvitsa Oliç futbol üzrə Xorvatiya millisinin baş məşqçisinin assistenti təyin olunub.
AZƏRTAC xəbər verir ki, Xorvatiya millisində 104 oyun keçirmiş 38 yaşlı eks-forvard Zlatko Daliçin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb.
Oliç futbolçu karyerasını cari ilin iyununda başa vurduğunu açıqlayıb və onun sonuncu klubu “Münxen-1860” olub.
Qeyd edək ki, Xorvatiya millisi dünya çempionatının pley-off mərhələsi çərçivəsində noyabrda Yunanıstan yığması ilə qarşılaşacaq.

İdman 2017-10-20 10:32:00