×
A
A
A
Sazlamalar

Dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb

Bakı, 17 oktyabr, AZƏRTAC

2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin oktyabrın 17-də İsveçrənin Sürix şəhərində püşkatma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, püşkatmada seçmə mərhələdə qrup 2-cisi olan 8 komanda iştirak edib.
Püşkün nəticəsinə əsasən, dünya çempionatına vəsiqə uğrunda Şimali İrlandiya millisi İsveçrə, Xorvatiya Yunanıstan, Danimarka millisi İrlandiya, İsveç komandası isə İtaliya ilə qarşılaşacaq.
Pley-off mərhələsinin ilk oyunları noyabrın 9-11-də, cavab görüşləri isə 12-14-də keçiriləcək.

İdman 2017-10-17 16:33:00