×
A
A
A
Sazlamalar

Azərbaycanın U-17 millisi Avropa çempionatının ilkin seçmə mərhələsində Bolqarıstan yığmasına qalib gəlib

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycan millisi 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində oktyabrın 16-da sonuncu oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, millimiz Qorna Oreçovitsa şəhərindəki “Lokomotiv” stadionunda Bolqarıstan yığması ilə görüşüb. Futbolçularımız Turan Vəlizadənin dubl etdiyi matçda 2:1 hesabı ilə qələbə qazanıb.

İdman 2017-10-16 21:34:00