×
A
A
A
Sazlamalar

Azərbaycan triatlonçuları beynəlxalq reytinq cədvəlində irəliləyiblər

Bakı, 16 oktyabr, AZƏRTAC

Avropa Triatlon Şurası idmançıların növbəti reytinq cədvəlini açıqlayıb.
AZƏRTAC qurumun rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov reytinq cədvəlində 1 pillə irəliləyib. Belə ki, hesabında 1461 xal olan R.Pevtsov ikinci pillədə qərarlaşıb.
Reytinq cədvəlinə ispaniyalı Uxio Abuin Ares liderik edir. İlk üçlüyü isə portuqaliyalı Joao Pereira qapayır.
Qadınların reytinq cədvəlində isə millimizin üzvü Kseniya Levkovskaya 28 pillə irəliləyərək 14-cü olub. Hazırda idmançımızın hesabında 656 xal var.
Qadınların reytinq cədvəlində ilk üçlükdə rusiyalı Anastasia Abrosimova, çexiyalı Vendula Frintova və Belçika təmsilçisi Klara Miçel yer alıblar.

 

İdman 2017-10-16 17:42:00