×
A
A
A
Sazlamalar

Astaralı veteran atlet Azərbaycan çempionu olub

Bakı, 16 oktyabr, AZƏRTAC

Nabranda veteranlar arasında atletikanın kross qaçışı növü üzrə Azərbaycan çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionatda Astara rayonunu şəhər 3 nömrəli tam orta məktəbin fiziki hazırlıq müəllimi, atletika idman növü üzrə məşqçi Rəşad Əliyev təmsil edib.
R.Əliyev 10 kilometr məsafəyə qaçışda 42 dəqiqə 34 saniyəlik nəticə ilə finişi birinci keçib və Azərbaycan çempionu adını qazanıb.

İdman 2017-10-16 15:31:00