×
A
A
A
Sazlamalar

Azərbaycanın müdafiə naziri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Tbilisi, 16 oktyabr, AZƏRTAC 

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 16-da Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, nazir ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyaraq, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib.
Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov iştirak edib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Ordu 2017-10-16 12:56:00