×
A
A
A
Sazlamalar

Məhəmməd Qurbanov “Kəpəz” ilə müqavilə bağlayıb

Bakı, 13 oktyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında yaranan fasilə müddətində Məhəmməd Qurbanov “Kəpəz”də baxışdan keçib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, baş məşqçi Şahin Diniyevin etimadını doğruldan futbolçu ilə razılıq əldə olunub. Hücumçu mövqeyində çıxış edən M.Qurbanov ilə cari mövsümün sonuna kimi müqavilə bağlanıb.
İyirmi beş yaşlı oyunçu Gəncə klubunda 24 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, əvvəllər “Sumqayıt” və “Neftçi”də də oynamış Məhəmməd Qurbanov müxtəlif yaş qrupları üzrə Azərbaycan yığma komandalarının şərəfini qoruyub. O, əsas millidə də oynayıb.

İdman 2017-10-13 18:19:00