×
A
A
A
Sazlamalar

Azərbaycan Premyer Liqası: “Qarabağ” komandası “İnter”in qapısından iki cavabsız top keçirib

Bakı, 13 oktyabr, AZƏRTAC

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turuna start verilib.
AZƏRTAC xəbər verir ki, baş hakim Əliyar Ağayevin idarə etdiyi görüşdə “İnter” doğma meydanda “Qarabağ”ı qəbul edib. Matçın ilk hissəsində hesab açılmayıb.
Görüşün favoriti sayılan “Qarabağ” ikinci hissənin sonlarında hesabı açmağa nail olub. Oyunun 85-ci dəqiqəsində Dino Ndlovu fərqlənib. Matçın əsas vaxtına əlavə edilmiş dəqiqələrdə Dino Ndlovu dublunu rəsmiləşdirib.
Beləliklə, oyun “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, turun növbəti oyunları çərçivəsində oktyabrın 14-də “Zirə” klubu “Kəpəz”i, “Sumqayıt” komandası “Qəbələ”ni, ertəsi gün isə “Səbail” “Neftçi”ni qəbul edəcək.

İdman 2017-10-13 17:36:00