×
A
A
A
Sazlamalar

Naxçıvanın “Araz” klubu UEFA kubokunun əsas mərhələsinə qələbə ilə başlayıb

Bakı, 12 oktyabr, AZƏRTAC

Futzal üzrə UEFA kubokunun əsas mərhələsində mübarizə aparan Naxçıvanın “Araz” klubu ilk oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz Bosniya və Herseqovinanın “Mostar” komandası ilə qarşılaşıb.
Oyun 5:2 hesabı ilə "Araz"ın xeyrinə başa çatıb. Maykon da Silvanın dubl etdiyi oyunda “Araz”ın digər qollarını Teles Thaqo, Xətai Bağırov və İsa Atayev vurublar.
İkinci oyununu bu gün keçirəcək təmsilçimiz Maltanın “St Andreus” komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17.30-da başlayacaq.

İdman 2017-10-12 10:03:00