×
A
A
A
Sazlamalar

“Araz” komandasının UEFA kubokunun əsas mərhələsi üçün heyəti açıqlanıb

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 11-dən futzal üzrə UEFA kubokunun əsas mərhələsində çıxış edəcək Naxçıvanın “Araz” klubunun heyəti açıqlanıb.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, heyətdə Rövşən Hüseynli, Emin Kürdov, Qabriel Bastos, Eduardo Borges, Karvalho dos Santos, Maykon da Silva, Ramiz Çovdarov, Rizvan Fərzəliyev, Teles Thaqo, Xətai Bağırov, İsa Atayev, Ramil Quliyev və Oktay Rüstəmli yer alıblar.
Baş məşqçi Alesio da Silvanın yetirmələri oktyabrın 11-də “Mostar” (Bosniya və Herseqovino), bir gün sonra “Luxol St Andreus” (Malta), oktyabrın 14-də isə “Deva” (Rumıniya) ilə qarşılaşacaqlar.
Komandamızın yer aldığı VIII qrupun oyunları Rumıniyada keçiriləcək.

İdman 2017-10-10 14:20:00