×
A
A
A
Sazlamalar

Arda Turan qış transfer dövründə klubunu dəyişə bilər

Bakı, 10 oktyabr, AZƏRTAC

İspaniyanın “Barselona” komandasının futbolçusu Arda Turan qış transfer dövründə klubunu dəyişə bilər.
AZƏRTAC “As” saytına istinadla xəbər verir ki, İngiltərənin “Arsenal” klubu futbolçunun keçidi ilə bağlı Kataloniya təmsilçisi ilə danışıqlara başlayıb. Futbolçu “Barselona”nın baş məşqçisi Ernesto Valverdenin etimadını qazanmadığı üçün danışıqların müsbət yekunlaşacağı gözlənilir.
Otuz yaşlı futbolçunun özü də klubunu dəyişməkdə maraqlıdır. İstanbulun “Qalatasaray” klubu futbolçunu heyətinə cəlb etməyə cəhd etsə də, Arda karyerasını top-liqalarda davam etdirməyi üstün tutur.
Qeyd edək ki, Arda Turanın “Barselona” ilə müqaviləsi 2019-cu ilin yayında başa çatacaq. Cari mövsüm yarımmüdafiəçi “Barselona”nın heyətində meydana çıxmayıb.

İdman 2017-10-10 10:21:00