×
A
A
A
Sazlamalar

“Odlar Yurdu” komandasının Avropa Klubları Kubokunun ikinci turundakı rəqibləri müəyyən edilib

Bakı, 9 oktyabr, AZƏRTAC

Bu gün Antalyada kişi və qadın şahmat klubları arasında Avropa Kubokunun ikinci matçı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın “Odlar Yurdu” yığması birinci turda öz rəqiblərindən yarım xal geri qalıb. Kişilərdən İbarət komanda İngiltərənin “White Rose” klubuna 5,5:0,5 (Azər Mirzəyev heç-heçə oynayıb) hesabı ilə qalib gəlib. Qadınlardan ibarət yığma İsrailin “Beer Sheva Chess Club” komandasına 3,5:0,5 (Zeynəb Məmmədyarova heç-heçə oynayıb) hesabı ilə qalib gəlib.
İkinci turda kişilərdən ibarət komandanın rəqibi Latviyanın “Riga Technical University”, qadınlardan ibarət komandanın rəqibi Gürcüstanın “Batumi Chess Club NONA” yığması olacaq.
“Odlar Yurdu” və “Riga Technical University” matçında Toms Kantans – Arkadi Naydiç, Aloyzas Kveynis – Rauf Məmmədov, Laura Roqule – Qədir Hüseynov, Anna Kantane – Eltac Səfərli, Eqons Lavendelis – Nicat Abbasov və Ritvars Reimanis – Azər Mirzəyev görüşəcək.
“Odlar Yurdu” və “Batumi Chess Club NONA” matçında Zeynəb Məmmədyarova – Nana Dzaqnidze, Ülviyyə Fətəliyeva – Xarika Dronavalli, Gülnar Məmmədova – Nino Batsiaşvili və Xanım Balacayeva – Salome Melia qarşılaşacaq.
Turnirin qalibləri və mükafatçıları İsveçrə sistemi üzrə keçiriləcək yeddi turun nəticələrinə əsasən müəyyən ediləcək.

İdman 2017-10-09 17:34:00