×
A
A
A
Sazlamalar

Ağahüseyn Mustafayev: Məqsədim üçqat çempion olmaqdır VİDEO

Bakı, 19 sentyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC

Litvada keçirilən hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatında üçüncü dəfə qızıl medal qazanmaq istəyirəm.
Bunu AZƏRTAC-a müsahibəsində Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun üzvü, dünya çempionatının sərbəst güləş yarışında ölkəmizi təmsil edən Ağahüseyn Mustafayev deyib.
Dünya çempionatına ciddi hazırlaşdıqlarını vurğulayan idmançı deyib: “Yarışa tam hazırıq. Hərbçilər arasında dünya çempionatının ikiqat qalibiyəm. Məqsədim üçqat çempion olmaq və Azərbaycan bayrağını yüksəklərdə dalğalandırmaqdır”.

İdman 2017-09-19 22:41:00

Video