×
A
A
A
Sazlamalar

Silahlı Qüvvələrin təlimlərində ərazinin maketi üzərində fəaliyyətlər icra olunub

Bakı, 19 sentyabr, AZƏRTAC

Silahlı Qüvvələrin genişmiqyaslı təlimlərinin planına uyğun olaraq, ərazinin kəşfi mərhələsindən sonra iştirakçılar maket üzərində qoşunların qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkilini həyata keçiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə çətin dağlıq relyef şəraitində qoşunların döyüş hazırlığı təcrübəsi nəzərə alınmaqla təlimlərin mərhələlər və vaxt üzrə epizodları işlənilib.

Ordu 2017-09-19 20:13:00