×
A
A
A
Sazlamalar

Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun təhsil ekspertlərinin işçi görüşləri keçirilir

Bakı, 19 sentyabr, AZƏRTAC

Silahlı Qüvvələrin hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına dəstək üzrə NATO-Azərbaycan Birgə Fəaliyyət Planına müvafiq olaraq, Silahlı Qüvvələrin Hərbi Akademiyasında Müdafiə Nazirliyi və NATO-nun Beynəlxalq Dil Koordinasiyası Mərkəzinin (BİLC) ekspertləri arasında işçi görüşlər keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinin ölkəmizə səfərinin məqsədi xarici dillərin tədrisi ilə məşğul olan mütəxəssislərə NATO-nun müvafiq mərkəzlərində tətbiq edilən müasir tədris sistemi haqqında məlumat vermək, qarşılıqlı fikir mübadiləsi aparmaq, eləcə də gələcək əməkdaşlıq imkanlarını müzakirə etməkdir.
İşçi görüşlər sentyabrın 22-dək davam edəcək.

Ordu 2017-09-19 14:52:00