×
A
A
A
Sazlamalar

Sankt-Peterburqda Mixail Çiqorin Memorialı keçiriləcək

Bakı, 18 sentyabr, AZƏRTAC 

Oktyabrın 20-dən Sankt-Peterburqda şahmat üzrə 24-cü Mixail Çiqorin Memorialı başlanacaq.
AZƏRTAC xəbər verir ki, ənənəvi beynəlxalq turnirin ilk günü blits-turnirlə açılacaq. Oktyabrın 21-dən 29-dək Rusiya Kubokunun mərhələsi olan klassik şahmat turniri keçiriləcək. Turnirdə hələ ki, 150 şahmatçının, o cümlədən 22 qrossmeysterin iştirakı gözlənilir. Azərbaycanı beynəlxalq turnirdə qrossmeyster Azər Mirzəyev və beynəlxalq dərəcəli usta Ülvi Sadıxov təmsil edəcəklər.
Oktyabrın 29-da turnirin qalibləri elan olunacaq.
“Mixail Çiqorin Memorialı” beynəlxalq festivalı hər il “Open” kateqoriyasında keçirilən ən kütləvi şahmat turniridir.

İdman 2017-09-18 19:47:00